“David ulduzu” İranı qarışdırdı - FOTO
İran hakimiyyəti Hərbi Hava Qüvvələrinin Tehrandakı mərkəzi qərargahının binası üzərində yəhudi simvollarından biri olan nəhəng 6 bucaqlı “David ulduzu”nun aşkarlanmasına qəzəblənib. Lent.az-ın “The Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, “David ulduzu” binanın üzərində fiquru gün şüalarının oynaması nəticəsində ortaya çıxır.
Ancaq buna baxmayaraq, İran hakimiyyəti dərhal Hərbi Hava Qüvvələrinin mərkəzi qərargahı üzərindəki bu “düşmən simvolu”nu təmizləməyi tapşırıb.
Qeyd edək ki, bu bina Məhəmməd Rza Pəhləvi şahın dövründə israilli mühəndislər tərəfindən tikilib. Həmin vaxt İran-İsrail münasibətləri yüksək səviyyədə olub. O dövrlərdə İran İsrailə neft, İsrail isə İrana silah satıb.
Xatırladaq ki, bu ilin avqustunda Tehrandakı İnqilab meydanındakı binalardan birinin fasadında da “David ulduzu” aşkarlanıb.

Oxşar yazılar

Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33