Qırğızıstan hökuməti 3 gün sonra dağılıb
Lent.az-ın “rbc.ru” saytına istinadən verdiyi məlumata görə, bunu parlamentin spikeri səlahiyyətlərini yerinə yetirən Taşpolot Baltabayev deyib ki, Qırğızıstan Sosial-Demokrat Partiyasının formalaşdırdığı koalisiya dağılıb.
Noyabrın 30-da yaradıldığı elan olunan koalisiyaya Sosial Demokrat Partiyası, Respublika Partiyası və Ata-Meken Partiyası daxil olub. Koalisiya təcili hökuməti formalaşdırmalı, baş nazir və parlamentin spikeri təyin etməli idi. Ancaq deputatlar dünən spikeri müəyyənləşdirə bilməyiblər. Koalisiyanın spiker postuna namizədliyini irəli sürdüyü Ata-Meken Partiyasının sədri Omurbek Tekebayevin namizədliyi qəbul olunmayıb.
Bundan sonra prezident hökumətin formalaşmasını seçkilərdə ikinci yeri tutmuş partiyaya tapşıracaq və bunun üçün 15 gün vaxt ayrılacaq. Əgər bu dəfə də hökumət formalaşmasa, üçüncü dəfə parlament prezidentin yardımı olmadan koalisiya formalaşdırmalıdır. Üçüncü cəhdin baş tutmaması halında isə parlament buraxılmalıdır.

Oxşar yazılar

Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33