Rusiya keçmiş SSRİ-ni bərpa etmək üçün yeni planı gündəmə gətirib
Dekabrın 10-da Moskvada keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasında MDB dövlətlərinin 2015-ci ilə kimi Hərbi Əməkdaşlıq Konsepsiyasının layihəsinin müzakirəyə çıxarılması və qəbul edilməsi gözlənilir.
Lent.az-ın UKRAİNFORM agentliyinə istinadən verdiyi məlumata görə. bunu MDB-nin icraçı katibi Sergey Lebed söyləyib.
Sənəd çoxtərəfli əsasda hərbi əməkdaşlığın inkişafını nəzərdə tutur. Konsepsiyanın layihəsində yazılır ki, 2015-ci ilə qədərki dövrdə hərbi əməkdaşlığın inkişafında əsas məqsəd hərbi sferada qarşılıqlı tərəfdaşlıq münasibətlərini genişləndirmək, milli və birgə maraqları müdafiə etməkdir.
Sergey Lebed bildirib ki, MDB dövlət başçıları MDB dövlətlərinin 2011-2015-ci illəri əhatə edəcək razılaşdırılmış sərhəd siyasəti barədə Konsepsiyasının reallaşdırılması üzrə Planı da müzakirə edəcəklər. 6 bölmədən ibarət olan bu sənəd informasiya, elm, kadr və maliyyə təminatı sahəsində tədbirləri nəzərdə tutur. MDB ölkələrinin sərhəd qüvvələrinin komanda Şurasının operativ informasiya mübadiləsi üçün avtomatlaşdırılmış sistemdən istifadə etmələri üzərində də işlənilir. Plan MDB dövlətlərinin xarici sərhədlərinin və iqtisadi zonalarının mühafizəsi ilə bağlı vahid sistemin inkişafını, MDB dövlətlərinin sərhəd təhlükəsizliyi üçün təhlükə yaradan hüquq pozmalara qarşı birgə mübarizəni nəzərdə tutur. MDB Dövlət Başçıları Şurasının iclasında ümumilikdə 20 sənəd layihəsi müzakirəyə çıxarılacaq.
Bu arada məlum olub ki, Rusiya Qazaxıstanla birgə regional hava hücumundan müdafiə sistemi yaradır. Bunu Qazaxıstan Hərbi Hava Qüvvələrinin komandanı Aleksandr Sorokin bildirib. O, Rusiya və Qazaxıstanın bu məsələdə razılığa gəldiyini açıqlayıb: “Bu sistem Rusiya və Qazaxıstanın hava məkanının qorunmasını möhkəmləndirəcək”.
Aleksandr Sorokin bu çərçivədə Rusiyanın Qazaxıstana “S-300” zenit-raket kompleksləri verəcəyini də nəzərə çatdırıb. O, Astananın “S-400” zenit-raket kompleksləri əldə etməkdə də çox maraqlı olduğunu əlavə edib.

Oxşar yazılar

Bu ölkədə güclü zəlzələ oldu
6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı
6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı
6 iyul 2025 , 07:30Mülki təyyarə Trampın qolf klubuna yaxınlaşdı – F-16-lar havaya qalxdı
6 iyul 2025 , 06:16
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu
6 iyul 2025 , 00:38
Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15