Corc Buş ABŞ dəniz donanmasında xidmət edəcək
0
0
Onun uzunluğu 1092 fut, çəkisi 97000 tondur
“Northrop Grumman” Korporasiyası tərəfindən inşa olunmuş və ABŞ-ın sabiq prezidenti Corc Buşun adını daşıyan nüvə turbinli təyyarədaşıyan gəmi (CVN 77) mayın 11-də orduya qəbul edilib. Bu barədə Lent.az Korporasiyanın mətbuat mərkəzinə istinadən məlumat verib.
“Corc Buş” “Nimitz” sinifli aviadaşıyıcılardan onuncusudur və şirkətin Newport News-dakı gəmiqayırma tərsanəsində inşa olunub.
“Biz bu gün donanmaya son “Nimitz” sinifli təyyarədaşıyanı çatdırmaqla tarixə imza atdıq. Bu gəmi 50 il ərzində donanmada istismar olunacaq”, - deyə “Northrop Grumman Shipbuilding”in dəniz proqramları üzrə vitse-prezidenti Ken Mahler vurğulayıb.
Uzunluğu 1 092 fut olan “Corc Buş”un çəkisi 97 000 tondur və 80-dən çox döyüş təyyarəsini apara bilər. İki nüvə reaktoru ilə hərəkətə gətirilən gəmi əlavə yanacaqsız 20 ildən çox işləyəcək.
Gəmi həmçinin ekoloji tələblərə cavab verir. “Corc Buş”un test sınaqlarına cari ilin yanvar ayında başlanıb və uğurla nəticələnib.
Rəşad Süleymanov

Oxşar yazılar

Xəstələrə dərman verib zorlayan həkimə hökm oxundu
3 sentyabr 2025 , 04:19Tramp ölümi ilə bağlı yayılan şayiələrdən danışdı - İki gün heç nə etmədim...
2 sentyabr 2025 , 23:39
Məhkəmə Əsədin həbsinə order verdi
2 sentyabr 2025 , 23:03
Bütün kənd camaatı qırıldı, yalnız o, sağ qaldı
2 sentyabr 2025 , 18:47
Dünyada ağcaqanadların olmadığı TƏK ÖLKƏ
2 sentyabr 2025 , 17:49
Paraşüt açılmadı, 4.5 kilometrdən düşüb sağ qaldı - İnanılmaz OLAY
2 sentyabr 2025 , 15:53
Məhəmməd Peyğəmbəri təhqir edən qadını diri-diri YANDIRDILAR
2 sentyabr 2025 , 15:25