İçərisində 4 milyon dollar olan maşın qaçırıldı
0
0
Moskvada “əsrin qarəti” baş verib
Rusiya paytaxtı Moskvada “əsrin qarəti” sayıla biləcək hadisə baş verib. Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, paytaxt milisi 4 milyon dolları qaçırmış cinayətkarların axtarışına başlayıb. Mütəxəssislər bunu Rusiya tarixinin ən iri qarət hadisələrindən hesab edirlər.
Qaçırılan pullar ticarət mərkəzlərindən nəqd pul daşıyan maşında olub. Istintaqın əsas versiyasına görə, avtomobil mübadilə məntəqəsinə yaxınlaşıb və mühafizəçilərdən biri maşından düşərək, içəri keçib. Bu an onun maşında qalan həmkarı milyonların olduğu maşına qaz verərək, oradan uzaqlaşıb.
Cəmi bir saatdan sonra avtomobili yaxınlıqdakı döngədə tapıblar. Ancaq nə sürücü, nə də pullar orada olmayıb. Paytaxt milisi dərhal əməliyyat-axtarış tədbilərinə başlayıb, amma hələlik heç bir nəticə yoxdur.

Oxşar yazılar

“Google” külli miqdarda cərimələndi
4 sentyabr 2025 , 05:55
HƏMAS bütün girovları buraxmağa hazırdır
4 sentyabr 2025 , 03:12
İstanbulda prokuror qətlə yetirildi
4 sentyabr 2025 , 01:05
Rusiyada 5 bal gücündə zəlzələ oldu
4 sentyabr 2025 , 00:55
Portuqaliyada DƏHŞƏTLİ QƏZA: 15 ölü, 18 yaralı var-VİDEO
3 sentyabr 2025 , 23:59
Tanınmışların məzarını qarət edən dəstə tutuldu
3 sentyabr 2025 , 17:14
Bu ölkədə dəlilər axtarışa verildi: nazirlikdən ÇAĞIRIŞ
3 sentyabr 2025 , 16:33