Oskanyan: “Ermənistan demokratiyası qondarma və saxtadır”
0
0
Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan istefa verdikdən sonra ilk dəfə olaraq ölkə hakimiyyətini sərt tənqid edib. APA-nın “Armenia Today” agentliyinə istinadən xəbərinə görə, V.Oskanyan “Azadlıq” radiosuna müsahibəsində Ermənistan demokratiyasını “qondarma və saxta” adlandırıb.
Hazırda “Sivilitas” Fonduna rəhbərlik edən sabiq nazir bildirib ki, Ermənistanda hakimiyyət orqanları azad və ədalətli seçkilər vasitəsilə formalaşdırılmır: “Azad və ədalətli seçkilər olmadan biz siyasi sistemimizdə düzgün ziddiyyət, yarış mühiti yarada bilməyəcəyik. Çünki azad və ədalətli seçkilər demokratiyanın zəruri şərtidir. Bəlkə də yetərli şərti deyil, amma vacib şərtidir. Mən yeni heç nə demirəm, beynəlxalq təcrübə, demokratik dövlətlərin təcrübəsi var. Bu təcrübə isə göstərir ki, normal seçkilər olmadan sənin demokratiyan yarımçıq, saxta və qeyri-ciddidir”.
Oskanyan qeyd edib ki, Ermənistan hazırda dünyanın ən çox siyasiləşmiş ölkəsidir: “Siyasət hər yerdədir – vergi xidmətində, məhkəmələrdə, mətbuatda. Hər şey siyasiləşib. Bizdə bütün sahələrdə problemlər var və hətta sosial problemlərin də kökündə siyasət durur. Ona görə də bu problemlərin həlli yolu siyasət meydanında axtarılmalıdır. Onu tapmaq yalnız o halda mümkün olacaq ki, biz düzgün siyasi mexanizmlər müəyyənləşdirəcəyik”.

Oxşar yazılar

ABŞ Marsa ilk astronavtlarını nə vaxt göndərəcək?
5 sentyabr 2025 , 07:33
"Lego" tarixinin ən bahalı komplektini satacaq
5 sentyabr 2025 , 06:37
Bayden xərçəngdən əməliyyat olundu
5 sentyabr 2025 , 05:02
Tramp Putinlə danışacaq
5 sentyabr 2025 , 03:55
Vaşinqton rəhbərliyi Tramp administrasiyasını məhkəməyə verdi
5 sentyabr 2025 , 00:52
Əfqanıstanda güclü zəlzələ oldu
4 sentyabr 2025 , 21:44
Rusiya XİN AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinə dair məlumat yaydı
4 sentyabr 2025 , 20:34