İsrail Türkiyəni hədələdi
0
0
“Türklər ağıllarını başlarına yığmalıdırlar...”
Aralıq dənizdə keçirilməsi nəzərdə tutulan “Anadolu Qartalı” təlimləri ilə bağlı Türkiyə və İsrail arasında yaranan böhran qarşılıqlı ittihamların sərtləşməsiylə müşahidə olunur.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İsrail baş nazirinin müavini Silvan Şalom bildirib ki, Ankaranın İsraillə münasibətləri pisləşdirməsi anlamsızdır.
Silvan Şalom deyib ki, münasibətlərin qaydaya düşəcəyinə inanırlar: “Türkiyə İsraillə strateji münasibətləri olan önəmli müsəlman ölkəsidir. Türklər ağıllarını başlarına yığmalıdırlar. Ümid edirəm ki, iki ölkə arasındakı əlaqələrin bizim qədər onların da maraqlarına uyğun olduğunu anlayacaqlar”.
Türkiyə mətbuatı Silvan Şalomun sözlərini bir təhdid kimi qiymətləndirib. İsrailin “Yedioth” qəzeti də baş nazirin müavininin çıxışına geniş yer ayırıb. Qəzet yazır ki, Türkiyə İsraildən uzaqlaşır, Suriyayla yaxınlaşır, bu da İsrailin səbrini tükəndirir.

Oxşar yazılar

ABŞ Marsa ilk astronavtlarını nə vaxt göndərəcək?
5 sentyabr 2025 , 07:33
"Lego" tarixinin ən bahalı komplektini satacaq
5 sentyabr 2025 , 06:37
Bayden xərçəngdən əməliyyat olundu
5 sentyabr 2025 , 05:02
Tramp Putinlə danışacaq
5 sentyabr 2025 , 03:55
Vaşinqton rəhbərliyi Tramp administrasiyasını məhkəməyə verdi
5 sentyabr 2025 , 00:52
Əfqanıstanda güclü zəlzələ oldu
4 sentyabr 2025 , 21:44
Rusiya XİN AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinə dair məlumat yaydı
4 sentyabr 2025 , 20:34