Qəddafi silahı yerə qoydu
18 mart 2011 17:30 (UTC +04:00)

Qəddafi silahı yerə qoydu

BMT Təhlükəsizlik Şurasının Liviya üzərində hava məkanını uçuşlara qapalı elan etməsindən sonra Liviya lideri Müəmmər Qəddafiyə sadiq qüvvələr hərbi əməliyyatları dayandırmaq qərarına gəliblər. Lent.az-ın məlumatına görə, Liviyanın paytaxtı Tripolidə olan “CNN” müxbiri Nic Robertson deyib ki, Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamla telefonla danışıb.

Seyf əl-İslam hökumət qüvvələrinin Benqazi ilə bağlı taktika dəyişdirdiyini, bu qüvvələrin hücuma keçməyərək şəhər ətrafında yerləşəcəyini bildirib. O, taktika dəyişikliyinin humanitar məqamlarla bağlı olduğunu, məqsədin şəhərdə çətin vəziyyətdə qalan və baş verəcək hadisələrdən qorxan insanların evakuasiyasına yardım etməkdən ibarət olduğunu söyləyib. Seyf əl-İslam qeyd edib ki, Liviya hökuməti Benqaziyə yalnız polis, terrorla mübarizə dəstələri göndərəcək və onlar da qiyamçıları silahsızlaşdıracaq.

“CNN” müxbiri Seyf əl-İslamla BMT Təhlükəsizlik Şurasının qərarından əvvəl danışdığını da qeyd edib.

Bu arada Liviyanın xarici işlər naziri Musa Kusa “Əl-Cəzirə” telekanalına açıqlamasında bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq ölkəsi bütün hərbi əməliyyatları təcili dayandırır. Onun sözlərinə görə, Liviya hökuməti bütün səyləri göstərəcək ki, ölkədə sülhü, qanun-qaydanı bərqərar etsin. Musa Kusa BMT Təhlükəsizlik Şurasının Liviya üzərindəki hava məkanında uçuşlara qadağa qoymasından da təəssüflənib. O, Liviya vətəndaşlarının xarici ölkələrdəki aktivlərinin dondurulmasından da əziyyət çəkəcəklərini vurğulayıb. Musa Kusa dünya ictimaiyyətinin Liviyanın hökumət qüvvələrinə qarşı güc tətbiqi ilə bağlı qərarını da düşünülməmiş adlandırıb. O, Liviya hökumətinin ölkənin suverenliyində və ərazi bütövlüyünün qorunub saxlanılmasında maraqlı olan bütün qüvvələrlə danışıqlara hazır olduğunu da dilə gətirib. Xarici işlər naziri sonda dünya ictimaiyyətini baş verən hadisələri yerində araşdırmaq üçün xüsusi komissiya göndərməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 816

Oxşar yazılar

Nümayəndə heyəti İrana gedir - Danışıqlar başladı

Nümayəndə heyəti İrana gedir - Danışıqlar başladı

4 avqust 2025 , 06:07
UNICEF-dən qorxulu açıqlama - 640 mindən çox uşağın......

UNICEF-dən qorxulu açıqlama - 640 mindən çox uşağın......

4 avqust 2025 , 04:15
Süveydada təhlükəli olay

Süveydada təhlükəli olay

3 avqust 2025 , 14:39
Krasnodarda küçələri, yolları su basdı-VİDEO

Krasnodarda küçələri, yolları su basdı-VİDEO

3 avqust 2025 , 14:02
İranda kimya zavodunda yanğın-VİDEO

İranda kimya zavodunda yanğın-VİDEO

3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ  baş verdi

ABŞ-da zəlzələ baş verdi

3 avqust 2025 , 07:50