Suriyada qanlı vətəndaş müharibəsi başlayır
31 may 2011 11:31 (UTC +04:00)

Suriyada qanlı vətəndaş müharibəsi başlayır

0
Suriyada vətəndaş müharibəsi başlayır. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Hums əyalətinin sakinləri avtomat və qumbaraatanlardan istifadə edərək orduya qarşı silahlı müqavimət göstəriblər.


Bu, Suriyada hökumət əleyhinə aksiyaların başlandığı 2 ay ərzində ilk belə haldır. İndiyə qədər aksiyalara silahsız şəxslər qatılıb. Hums əyalətinin fəal sakinləri isə artıq aksiyaları zorakılıqla yatırmağa çalışan hökumət qüvvələrinə qarşı silahdan istifadə etməyə qərar veriblər. Talbis və Rastana şəhərlərində şəhərdə ordu hissələri mühasirəyə alınıb, hərbçilərin olduğu avtomobillər və zirehli texnika yandırılıb. Ordu bölmələri hələ də bu şəhərlərdən çıxa bilmir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 638

Oxşar yazılar