NATO Liviyada hərbi əməliyyatların müddətini 3 ay uzatdı
01 iyun 2011 15:38 (UTC +04:00)

NATO Liviyada hərbi əməliyyatların müddətini 3 ay uzatdı

0
Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün alyansın baş katibi Anders Foq Rasmussen bəyan edib.

O deyib ki, bu, Liviyada Müəmmər Qəddafi rejiminə birmənalı mesajdır: “Biz Liviya xalqının müdafiəsi üçün əməliyyatları davam etdirməyin tərəfdarıyıq”.

NATO-nun bundan əvvəl qəbul etdiyi qərara görə, alyans Liviyada hərbi əməliyyatlara 31 martdan başlayaraq iyunun sonuna qədər rəhbərlik etməli idi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 574

Oxşar yazılar