“Əl-Qaidə” film çəkib
04 iyun 2011 19:55 (UTC +04:00)

“Əl-Qaidə” film çəkib

0
“Əl-Qaidə” terror təşkilatı “Düşmənlərin torpağında” adlı film çəkib. Lent.az-ın “mignwes.com” saytına istinadən verdiyi məlumata görə, 100 dəqiqəlik film 2 hissədən ibarətdir.

Filmdə uzun müddət terror təşkilatının lideri Üsamə bin Ladenin sağ əli sayılmış Ayman əz-Zəvahirinin çıxışı yer alıb. Ayman əz-Zəvahiri Qərb ölkələrində yaşayan müsəlmanları cihada çağırır. O, bu müsəlmanların sionistlər və xristianlarla mübarizədə vacib rol oynaya biləcəklərini vurğulayır.

Adam Qadan adlı digər terrorçu isə filmdə deyir ki, müsəlmanlar ABŞ-da sərbəst şəkildə avtomat silahlar ala bilərlər. O, “əl-Qaidə”nin “qorxaq düşmənlər”i nüfuzlu ictimai xadimlərə hücum etməklə zəiflətmək niyyətində olduğunu da bəyan edir.

Ehtimal olunur ki, bu film “əl-Qaidə” lideri Üsamə bin Ladenin amerikalı xüsusi təyinatlılar tərəfindən öldürülməsindən əvvəl, mayın 2-dən öncə çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 671

Oxşar yazılar