Avropada yayılan ölümcül xəstəlik Azərbaycan sərhədi yaxınlığında
08 iyun 2011 18:19 (UTC +04:00)

Avropada yayılan ölümcül xəstəlik Azərbaycan sərhədi yaxınlığında

0
Tiflisdə 32 yaşlı qadın Avropada yayılan E.Coli bağırsaq infeksiyasından dünyasını dəyişib. Lent.az-ın “Rustavi 2” telekanalına istinadən verdiyi məlumata görə, qadın Londona səfər edəndən sonra xəstələnib.

Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Nata Avaliani bildirib ki, qadın E.coli-nin bağırsaq bakteriyasının ştammlarından birindən ölüb: “Gürcüstandan bundan əvvəl, xüsusilə yayda bağırsaq infeksiyalarına tutulma halları olub. Biz insanları gigiyena qaydalarına riayət etməyə, meyvələri və əllərini təmiz yumağa, yoxlanılmamış mənbələrdən su içməməyə çağırırıq”.

Xatırladaq ki, bağırsaq infeksiyası əvvəlcə Almaniyanın şimalında qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, infeksiya artıq ondan çox ölkəyə yayılıb. Avropada 22 nəfər xəstəliyin qurbanı olub. Yüzlərlə adam infeksiyaya yoluxub.

Xəstəliyin aşağıdakı əlamətləri var – qanlı diareya, hərarət və qusma.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 700

Oxşar yazılar