Hava limanlarında sərnişin yoxlamaları sadələşəcək
0
0
Dünya ölkələri hava limanlarında sərnişin yoxlamalarını sadələşdirmək barədə razılığa gəliblər. Gələn ildən tətbiqinə başlanacaq yeni texnologiyalar sərnişinləri aeroportda ayaqqabılarını, kəməri, notebokların çantadan çıxarılması və s. bu kimi bezdirici yoxlanışlardan azad edəcək.
Beynəlxalq Aviasiya Nəqliyyatı Birliyinin (IATA) iyunun 6-da Sinqapurda yekunlaşmış 67-ci sessiyasında bu quruma üzv olan aviaşirkətlər və dövlət təşkilatları yoxlamaların sadələşdirilməsi barədə qərar qəbul ediblər. Lent.az-ın İATA-nın saytına istinadən verdiyi məlumata görə, hətta yeni və sadələşmiş yoxlama metodunun və sistemin İATA-nın toplantısında prezentasiyası da keçirilib. “Gələcək Checkpoint” şərti adı verilmiş bu texnologiya vasitəsi ilə aeroporta daxil olan sərnişin hərəkət edərkən, üzərindəki bütün əşyalarla bir yerdə yoxlanılacaq. Belə ki, sərnişin indiki kimi bir neçə yerdə uzun-uzadı yoxlanışa məruz qalmayacaq. Yeni texnologiyaların yerləşdiyi 6,1 metrlik dəhlizdən keçən yolçunun üzərindəki hər şey, çantası belə yüksək həssaslığa malik xüsusi cihazlar tərəfindən hərəkət halında yoxlanılacaq. Hətta maye və elektron cihazlar belə çantadan çıxarılmadan yoxlanılacaq ki, bu da təhlükəsizlik yoxlamalarını sürətləndirəcək.
Yeni avadanlığın prezentasiyasında çıxış edən İATA-nın baş direktoru Giovanni Bisignani bildirib ki, hazırda aviasiya şirkətləri il ərzində təhlükəsizlik tədbirlərinə 7,4 milyard ABŞ dolları vəsait sərf edir. Həyata keçirilən mövcud tədbirlər isə bütün halda sərnişinlərə yalnız əngəl olur, onların narazılıqları ilə qarşılaşır.
“Bugünkü keçid yoxlanışları metal silah, kəsici alətlərin keçirilməsinin qarşısını almaq üçün ən azı qırx il əvvəl üçün nəzərdə tutulub. O vaxtdan bəri təhdidlər daha çox dəyişib. Sərnişin informasiyaları və yeni texnologiyalar əsasında kəşfiyyat sistemi qurulmalıdır” - deyə, İATA direktoru vurğulayıb.
İATA-nın planına görə bu texnologiya 2012-ci ildən etibarən hava limanlarında istifadə edilməyə başlanacaq və 5 il içində də sürətlə yayılacaq. Bunun sayəsində də təhlükəsizlik yoxlanışları zamanı X-ray skanerləri önündə yaranmış uzun tıxaclar tarixə qarışacaq. Məlumatlar eyni zamanda, sərnişinin getdiyi ölkənin müvafiq qurumlarına da ötürüləcək.
İATA həmçinin pasport kontrolunda yaranan “quyruqların” aradan qaldırılması üçün biometrik pasportlara sürətlə keçilməsini də tövsiyə edib. Vizalar daxil olmaqla bütün məlumatların əks olduğu biometrik pasportlu sərnişinlərin yalnız gözlərin yoxlanışı həyata keçiriləcək.
Rəşad