Əfqanıstan Mərkəzi Bankının rəhbəri qaçıb
0
0
Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, Əfqanıstan Prezident Administrasiyasının təmsilçisi məlumatı təsdiqləyib.
Hazırda ABŞ-ın Virciniya ştatında olan Abdul Qadir Fitrat deyib ki, həyatı ilə bağlı təhlükə olduğu üçün ona etibar edilən postu tərk edib. O bildirib ki, Əfqanıstan Mərkəzi Bankının rəhbəri postundan Kabildə istefa verə bilməzdi: “Çünki məni orada təhlükə gözləyirdi”.
Əfqanıstan Prezident Administrasiyasının təmsilçisi isə bildirib ki, Abdul Qadir Fitrat ölkədə özəl sektorda fəaliyyət göstərən “Kabul Bank”ın iflasa uğramasında günahkarları siyahısındadır. Əfqanıstanda özəl sektorda ən böyük bank olan “Kabul Bank” Dubayda daşınmaz əmlak bazarına qoyulan riskli sərmayələr nəticəsində iflas durumuna düşüb.