Kanı yenə məhkəməyə verdilər
06 iyul 2011 10:28 (UTC +04:00)

Kanı yenə məhkəməyə verdilər

0
Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, hələ 9 il əvvəl Dominik Stross-Kan tərəfindən zorlandığını iddia edən fransız jurnalist Tristan Banon hələ may ayında, Dominik Stross-Kan Nyu-Yorkda xidmətçi qadını zorlamaqda ittiham olunan zaman məhkəməyə müraciət etmək niyyətində olub.

Ancaq az sonra Tristan Banon bildirib ki, Dominik Stross-Kan üzərində birinci məhkəmə prosesi başa çatana qədər məhkəməyə müraciət etməyəcək. Ancaq ötən gün xidmətçi qadının yalan ifadə verməsi üzə çıxdığı üçün BVF-nin sabiq prezidenti ev həbsindən azad olunub. Buna görə də Tristan Banon vəkilləri ilə məsləhətləşərək dünən Paris Məhkəməsinə müraciət etməyə qərar verib.

Tristan Banon deyib ki, 2002-ci ildə keçirilən prezident seçkilərində Nikolya Sarkozinin rəqibi olan Dominik Stross-Kan müsahibə zamanı ona qarşı seksual zorakılıq edib. Olayın detalları açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 629

Oxşar yazılar