Qəddafinin başına 1,6 milyon dollar qoyuldu
25 avqust 2011 10:54 (UTC +04:00)

Qəddafinin başına 1,6 milyon dollar qoyuldu

0
Lent.az-ın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, qiyamçılar Qəddafini məhv edəni və ya yeni hökumətə təhvil verəni tam əfv gözlədiyini də bəyan ediblər.

Müvafiq müraciət müxalifətçilər tərəfindən bütün kanallar vasitəsilə diktatorun ən yaxın silahdaşlarına ünvanlanıb. Qəddafinin başına görə mükafat məbləğini maliyyələşdirməyə bir neçə liviyalı biznesmen razılaşıb. Hazırda Liviya liderinin və onun ailə üzvlərinin yeri naməlumdur. Onların əvvəllər yaşadıqları “Bab əl-Əziziyə” iqamətgahını avqustun 23-də qiyamçı qüvvələr ələ keçiriblər.

Qeyd edək ki, martda Müəmmar Qəddafi də üsyançıların liderlərindən biri Mustafa Abdel Cəlilin başına 400 min dollar mükafat elan edib. Lakin bu təklifdən yararlanmaq arzusunda olanlar tapılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 586

Oxşar yazılar