Avropanın ən varlı və ən kasıb ölkələri -  SİYAHI
02 iyul 2021 17:53 (UTC +04:00)

Avropanın ən varlı və ən kasıb ölkələri - SİYAHI

Danimarka ailənin maliyyə aktivləri baxımından Avropa Birliyinin ən zəngin ölkəsidir. Bu göstərici 1,88 milyon Danimarka kronuna (300 min dollar) bərabərdir.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Bankının hesabatında deyilir.

Bununla yanaşı, danimarkalıların da borcları qonşu ölkələrin sakinlərindən daha çoxdur. Öhdəliklərin böyük əksəriyyəti daşınmaz əmlakla təmin edilmiş bank və ipoteka borcları ilə əlaqələndirilir (təxminən 86 faizi). Ümumilikdə, danimarkalıların maliyyə göstəriciləri Avropa İttifaqının orta göstəricisindən təxminən üç dəfə çoxdur.

Bundan əlavə, bu ilin ilk rübündə sərvətləri daha da artaraq adambaşına orta hesabla 24 min Danimarka kronuna (3,8 min dollar) çatıb. Hollandiyadakı ailələr ikinci böyük maliyyə aktivinə sahibdirlər, onları Lüksemburq və İsveç izləyir. Ən kasıb ölkə Rumıniyadır, burada ailə əmlakı 80 min Danimarka kronu (12.700 dollar) təşkil edir.

# 2616
avatar

Oxşar yazılar