Qüdsün qərbində avtobusun iştirakı ilə baş verən qəzada 33 nəfər yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.
Avtobusda olan bütün sərnişinlərə tibbi yardım göstərilib, onlardan bəziləri xəstəxanaya yerləşdirilib. İki uşağın vəziyyəti ağırdır.
“Kan” radiosu daha əvvəl qəzada 12 nəfərin yaralandığını bildirmişdi. Avtobus Beyt-Şemeş şəhəri yaxınlığında aşıb.