Banan aldı, narkotik çıxdı – Kolumbiyadan SƏHV GÖNDƏRİŞ
23 oktyabr 2021 06:16 (UTC +04:00)

Banan aldı, narkotik çıxdı – Kolumbiyadan SƏHV GÖNDƏRİŞ

Belçikanın Qrimbergen şəhərində meyvə-tərəvəz satıcısı maraqlı hadisə ilə qarşılaşıb. 

Lent.az-ın xəbərinə görə, onun bu səhər ənənəvi olaraq topdansatış mərkəzindən aldığı 10 qutu bananın içərisindən narkotik çıxıb. 

Satıcı dərhal polisə məlumat verib. Əraziyə girişi məhdudlaşdıran polis digər qutuları da açıb. 7 qutuda narkotik maddə aşkar edilib. Polis qutuları müsadirə edib, satıcı isə şifahi sorğu-sualdan sonra sərbəst buraxılıb. 

İstintaqın verdiyi məlumata görə, bananlar Kolumbiyadan gəlib. Məlum olmayan səbəblərdən ünvan səhv düşüb və böyük partiya narkotik vasitə ələ keçib.
 

# 3642
avatar

Oxşar yazılar