Gəncədə zibillikdən körpə meyiti  tapıldı - YENİLƏNİB
20 avqust 2026 11:18 (UTC +04:00)

Gəncədə zibillikdən körpə meyiti tapıldı - YENİLƏNİB

0

Avqustun 19-da Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

***
Saat 11:08

Gəncədə zibillikdə aşkarlanan ölü doğulan körpə dölü olub. 

Hüquq-mühafizə orqanlarından Lent.az-a bildirilib ki, 7 aylıq doğulan ölü döl naməlum şəxslər tərəfindən zibilliyə atılıb. 

Hazırda faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Saat 11:00

Gəncə şəhərinin Cavad Xan qəsəbəsində yerləşən zibil poliqonunda körpə meyiti tapılıb.

Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tapılan meyitin erkən doğulan körpəyə aid olması ehtimal edilir.

Onun kim və ya kimlər tərəfindən atılması istiqamətində polis tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, sözügedən poliqon Gəncənin məişət tullantılarının atıldığı ən böyük ərazidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar