Beynəlxalq axtarışda olan terrorçular SAXLANILIB  - "Ararat Tolhildan" və "Sinan Dijvar"
08 iyun 2023 12:19 (UTC +04:00)

Beynəlxalq axtarışda olan terrorçular SAXLANILIB - "Ararat Tolhildan" və "Sinan Dijvar"

0

Milli Kəşfiyyat Təşkilatı (MİT) iki terrorçunu və boz siyahıda axtarılan, PKK/KCK-nın Şimali İraqdakı yüksək səviyyəli idarəçilərindən biri olan "Sinan Dijvar" ləqəbli Fehmi Öğmeni və komandası saxlanılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, diqqəti cəlb etməmək üçün bölgədəki agentlərin tez-tez dəyişdirildiyi araşdırmada Fehmi Öğmen və komandasının fəaliyyətləri addım-addım izlənilib.

Yerli kəşfiyyat şəbəkəsindəki agentlər tərəfindən yeri müəyyən edilən Öğmenin zərərsizləşdirilməsi üçün əməliyyat keçirilib. Terrorçu Öğmen batalyon rəisi “Mazlum Koçer” ləqəbli Mehmet Salih Çakal və onların sürücüsü “Ararat Tolhildan” ləqəbli Əhməd Məhəmməd Əli ilə birlikdə zərərsizləşdirilib.

Bildirilib ki, 1993-cü ildə qoşulduğu təşkilatda uzun illər fəaliyyət göstərən və Türkiyədə bir çox aksiyaları şəxsən təşkil edən Öğmenin PKK/KCK rəhbərlərindən biridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2193

Oxşar yazılar