Bir ailəni qətlə yetirməkdə  şübhəli bilinən iki yeniyetmə saxlanıldı
24 yanvar 2022 00:21 (UTC +04:00)

Bir ailəni qətlə yetirməkdə şübhəli bilinən iki yeniyetmə saxlanıldı

Rusiyanın Omsk vilayətində bir ailəni qətlə yetirməkdə şübhəli bilinən iki yeniyetmə polis tərəfindən saxlanılıb.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Bir ailəni qətlə yetirməkdə şübhəli bilinən 14 yaşlı qız və onun 17 yaşlı tanışı saxlanılıb. Qız öldürülən qadının qızıdır”, - mənbə vurğulayıb.
Qeyd edək ki, yanvarın 22-də səhər saatlarında Omskın Yurievka kəndində mənzildən bir ailənin 10 yaşlı əlil uşaq da daxil olmaqla zorakılıqla öldürülmüş 3 nəfərin meyiti tapılıb.
 

# 1446
avatar

Oxşar yazılar