Özbəkistanın paytaxtı Daşkənddə anbarda baş verən partlayış nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Lent.az xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyinin "Telegram" kanalı məlumat yayıb.
“Yanğın nəticəsində xəsarət alanlar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Elmi Mərkəzinə və onun Daşkənd regional bölməsinə yerləşdirilib”, - deyə Səhiyyə Nazirliyindən bildirilib.
İlkin ehtimala görə, yanğın anabra düşən ildırım nəticəsində baş verib.
Hazırda yanğın lokallaşdırılıb.
***
Saat 04:49
Özbəkistanın paytaxtı Daşkəndin hava limanının gömrük anbarı ərazisində güclü partlayış baş verib.
Lent.az xəbər verir ki, geniş ərazini alov bürüyüb, yaxınlıqdakı evlərin pəncərələrin şüşəsi sınıb.
Hazırda yanğınsöndürənlər hadisə yerindədilər.
Faktla bağlı araşdırmalara başlanılıb.