Ermənistan prezidentinin səlahiyyətlərini kim icra edəcək? - Bəlli oldu
23 yanvar 2022 23:10 (UTC +04:00)

Ermənistan prezidentinin səlahiyyətlərini kim icra edəcək? - Bəlli oldu

Ermənistan Milli Assambleyasının (parlamentinin) sədri Alen Simonyan konstitusiyanın müvafiq müddəasına uyğun olaraq, növbədənkənar seçkilərə qədər ölkə prezidenti vəzifəsini icra edəcək.

Lent.az-ın məlumatına görə, Ermənistan konstitusiyasına görə, respublika prezidenti vəzifəsindən kənarlaşdırıldıqda, səlahiyyətlərini həyata keçirə bilmədikdə, istefaya getdikdə və ya yeni seçilmiş prezident vəzifəyə başlamazdan əvvəl vəfat etdikdə onun səlahiyyətlərini Milli Məclisin sədri həyata keçirir.

Növbədənkənar prezident seçkiləri isə müvafiq olaraq ən geci 25 və 35 gündən gec olmayaraq keçirilir.

Prezident parlament tərəfindən yeddi il müddətinə seçilir. Eyni şəxs yalnız bir dəfə prezident seçilə bilər.

Deputatların ümumi sayının azı dörddə birinin namizəd irəli sürmək hüququ var.

Konstitusiyaya görə, prezident istefa ərizəsini parlamentə təqdim edir. İstefa elan olunduğu andan qəbul edilmiş hesab olunur.

Xatırladaq ki, A.Sarkisyan 2018-ci il martın 2-də parlament tərəfindən Ermənistan prezidenti seçilib və 2018-ci il aprelin 9-da vəzifəsinin icrasına başlayıb.
 

# 1386
avatar

Oxşar yazılar

Parlament marixuananın becərilməsini  qanuniləşdirdi 

Parlament marixuananın becərilməsini qanuniləşdirdi 

28 mart 2024 , 21:40
Dünyada ən təhlükəli nəqliyyat növü  budur

Dünyada ən təhlükəli nəqliyyat növü budur

28 mart 2024 , 16:57
DƏHŞƏT!  Yaşayış evi yandı, 3 uşaq həlak odu 

DƏHŞƏT! Yaşayış evi yandı, 3 uşaq həlak odu 

28 mart 2024 , 08:25
Apreldən qazın qiyməti  xeyli artacaq

Apreldən qazın qiyməti xeyli artacaq

28 mart 2024 , 06:51
Lotoreya oynadı, milyardlıq CEK-POT uddu 

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu 

28 mart 2024 , 01:30
İki kişi əlbir olub polisi soydu

İki kişi əlbir olub polisi soydu

27 mart 2024 , 20:39
Bu ölkədə 70 minə yaxın  dövlət qulluqçusu işdən çıxarılır

Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır

27 mart 2024 , 13:26
İranda daha bir polis öldürüldü  

İranda daha bir polis öldürüldü  

27 mart 2024 , 11:25