Gürcüstanda Kveşeti-Kobi yolunun tikintisi zamanı torpaq uçqunu baş verib.
Lent.az xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamentindən bildirilib.
Məlumata əsasən, nəticədə tikinti şirkətinin əməkdaşları olan beş nəfər torpaq kütləsinin altında qalıb. Həmin şəxslər Türkmənistan və Çin vətəndaşlarıdır. Onlardan 4-nün meyiti aşkarlanıb, biri isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Avtomobil Yolları Departamenti podratçı şirkətdən təhlükəsizlik normalarına ciddi riayət olunmasını tələb edib.