Maşın 250 metr hündürlükdən aşdı,  35 nəfər öldü
06 oktyabr 2022 06:00 (UTC +04:00)

Maşın 250 metr hündürlükdən aşdı, 35 nəfər öldü

Qvatemalada 35 sərnişini daşıyan kiçik yük maşınının 250 metr hündürlükdən dərəyə düşməsi nəticəsində ikisi azyaşlı olmaqla azı 17 nəfər ölüb, daha 13 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə “La Hora” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, hadisə Hondurasla sərhədə yaxın Çikimula ştatının cənub-şərq departamentində baş verib. İlkin məlumata görə, avtomobildə əyləc nasaz olub və bundan sonra nəqliyyat vasitəsi yoldan çıxıb.

Polis yük maşınının sürücüsünü həbs edib. Tezliklə ona qarşı ittihamların irəli sürüləcəyi gözlənilir.

# 2214
avatar

Oxşar yazılar