Moskvada İzmaylovskiy Kremlində yanğın baş verdi - FOTOLENT
13 may 2026 01:53 (UTC +04:00)

Moskvada İzmaylovskiy Kremlində yanğın baş verdi - FOTOLENT

0

Moskvanın şərqində yerləşən İzmaylovskiy Kremlində yanğın baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, İzmaylovskiy Kremlinin ərazisindəki inzibati binanın dam örtüyü yanıb.

Üçüncü dərəcəli yanğın siqnalı verilib.

1000 kvadrat ərazinin yandığı və ərazidə n bütün insanların təxliyyə olunduğu bildirilib.

Qeyd edək ki, İzmailovski Kremli, 1998-2007-ci illər arasında İzmailovo tarixi çar malikanəsinin yaxınlığında tikilmiş mədəni və əyləncə kompleksidir.

O, 16-cı və 17-ci əsrlərin rus memarlığı (neohistorizm) kimi stilizə edilmiş taxta konstruksiyalardan ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar