Gəncədə avtomobil qadını vurdu
12 may 2026 21:53 (UTC +04:00)

Gəncədə avtomobil qadını vurdu

0

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar