Arda Turan yeni mövsümdə  məşqçilik edəcəyi   komandanı AÇIQLADI
12 may 2026 15:57 (UTC +04:00)

Arda Turan yeni mövsümdə məşqçilik edəcəyi komandanı AÇIQLADI

0

Ukraynada "Şaxtyor"laçempionluq qazanan Arda Turan, gələn mövsüm komandada qalıb-qalmayacağı ilə bağlı suala "Əlbəttə" cavabını verib. Uğurlu məşqçi Avropada çempionluq qazanan ilk türk məşqçi olub.

Lent.az-ın xəbərinə görə, "Şaxtyor" "Poltava" üzərində 4:0 hesablı qələbə qazandıqdan sonra Ukrayna Premyer Liqasının titulunu üç həftə qalmış təmin edib. Arda Turan və oyunçuları oyundan sonra tarixi nailiyyəti böyük sevinclə qeyd ediblər.

Arda Turan komandanı Avropa liqa çempionluğuna aparan ilk türk məşqçi kimi tarixə düşüb. Onun uğurlu çıxışı Ukrayna mətbuatında da geniş işıqlandırılıb.

Ukraynanın "Sport" qəzetində dərc olunan xəbərə görə, Arda Turan çempionatdan sonrakı mətbuat konfransında gələcəyi ilə bağlı suala aydın cavab verib.

Jurnalistlərdən birinin "Ümid edirəm ki, gələn mövsüm "Şaxtyor"da qalacaqsınız?" sualına Arda Turan "Əlbəttə" cavabını verib. Bu açıqlama gənc məşqçinin qarşıdakı mövsümdə "Şaxtyor"da qalacağını təsdiqləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 721

Oxşar yazılar