Tailandda iki pomeraniya cinsi iti yüz minlərlə rubl dəyərində zinət əşyaları yeyib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 41 yaşlı Nattaporn Rukkaçartın Şabu, Yucin və Soju adlı üç iti var.
O, yatmağa gedib və stulda 210.000 batdan (6460 dollar) çox dəyərində qızıl zəncir qoyub. Səhər Şabu və Yujinin zinət əşyalarını çeynədiyini görən bir qızın qışqırıqları onu oyadıb. Onları dayandırmazdan əvvəl təxminən 140.000 bat (4 min dollat) dəyərində qızıl udublar.
Tezliklə itlər qusmağa başlayıblar. Rentgen müayinəsi Şabu və Yucin mədələrində qızıl yığıldığını təsdiqləyib. Baytar təcili əməliyyat tövsiyə edib. Sahiblər də razılaşıblar. Əməliyyat uğurlu keçib və itlər hazırda mütəxəssislərin nəzarəti altında sağalırlar.