Niyə Asiyada insanlar yeməyi çubuqlarla  yeyirlər?
19 noyabr 2025 15:01 (UTC +04:00)

Niyə Asiyada insanlar yeməyi çubuqlarla yeyirlər?

0

Bu gün artıq yemək çubuqları Avropada belə, ekzotika sayılmır. Şərq mətbəxi restoranlarında onları sınayanlar bunun o qədər də rahat olmadığını düşünürlər. Lakin sual yaranır niyə asiyalılar çubuqlarla yeyir, halbuki qaşıq və çəngəl daha rahatdır?

Bu adətin səbəblərini anlamaq üçün minilliklər əvvəl bu alətin yarandığı ölkəyə, Çinə, onun mətbəx mədəniyyətinə və fəlsəfəsinə nəzər salmaq lazımdır.

Lent.az xarici mediaya istinadla Asiyada çubuqlarla yeməyin nə üçün hələ də populyar qaldığı barədə məlumat verir.

Niyə çinlilər çubuqlarla yeyirlər - tarix və əfsanələr

Çində yemək çubuqları təxminən 25 santimetr uzunluğunda olur və “kuayczi” adlanır, mənası “sürətli” deməkdir. Onların dəqiq nə vaxt yarandığı bilinmir. Arxeoloqların fikrincə, çubuqlardan 3–4 min il əvvəl istifadə olunmağa başlayıb. Əvvəlcə onlar qazanlardan isti yeməkləri çıxarmaq üçün adi ağac budaqları idi, daha sonra yemək üçün də istifadə olunmağa başladı.

Çinlilər arasında çubuqların yaranması ilə bağlı məşhur bir əfsanə də var. Guya onların ixtiraçısı əfsanəvi hökmdar Yu Böyük olub. O, isti yeməyi gözləmədən ağacdan iki budaq qoparıb, qazan içindən əti çıxarıb. Sonra digərləri də onu təqlid etməyə başlayıb.

Fəlsəfi səbəblər də rol oynayıb. Konfutsi (e.ə. 551–479) metal bıçaqları zorakılıq və aqressiyanın simvolu hesab edirdi. Onun fikrincə, çubuqlarla yemək həm daha təhlükəsiz, həm də daha harmonik idi.

Daha sonra, Han sülaləsi dövründə Çində yanacaq qıtlığı başladı, yeməklər daha kiçik odlarda və qısa zamanda hazırlanırdı. Buna görə ərzaqlar daha xırda doğranırdı. Xırda tikələri çubuqlarla yemək daha rahat olduğu üçün bu adət möhkəmləndi və sonra Yaponiyaya, Koreyaya, Vyetnama yayıldı.

Niyə yaponlar çubuqlarla yeyirlər - fəlsəfə və ənənələr

Yaponiyada çubuqlardan təxminən XII əsrdən etibarən istifadə olunmağa başlanıb. Burada onları “haşi” adlandırırlar. Uzunluqları adətən 20–23 santimetr olur və ucları daha iti hazırlanır. Bu, əsasən balıq mətbəxinə uyğunlaşdırılıb. Balığın sümüklərini ayırmaq üçün idealdır.

Sushi, saşimi, ramen, udon və digər yapon yeməklərini də çubuqlarla yemək olduqca rahatdır. Yaponlar adətlərini çox qiymətləndirir və metal çəngəl-qaşıqla əvəz etməyi məqbul saymırlar.

Yemək çubuqları burada həm də estetik əhəmiyyət daşıyır - onları kətan, bambuk, ağcaqayın kimi ağaclardan düzəldirlər, naxışlayır və laklayırlar. Yaponiyada gözəl hazırlanmış “haşi” yaxınlara hədiyyə vermək üçün dəvət olunan zərif suvenir sayılır.

Niyə çubuqlarla yemək bu gün də aktualdır?

Fəlsəfi səbəblərlə yanaşı, çox praktik faydalar da var:

Yemək tempi ləngiyir - çubuqlarla yemək qaşıqdan daha yavaşdır, buna görə insan yeməyin dadını daha yaxşı hiss edir.

Həzm yaxşılaşır - yemək kiçik porsiyalarla qəbul edildiyi üçün mədə-bağırsaq sistemini yükləmir.

Motorika inkişaf edir - çubuqlarla yemək barmaq və əl hərəkətlərinin koordinasiyasını gücləndirir. Yaponlar hesab edir ki, uşaqlara kiçik yaşdan çubuq istifadə etməyi öyrətmək diqqət, yaddaş və kognitiv qabiliyyətləri artırır.

Bu səbəbdən milyonlarla insan üçün Çin, Yaponiya və digər Asiya ölkələrində çubuqlar sadəcə yemək aləti deyil, mədəniyyətin ayrılmaz hissəsidir. Ona görə də bu adət əsrlərlə yaşayaraq bu günə qədər gəlib çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar