Rusiya Kiyevə güclü  raket zərbələri  endirdi
21 mart 2024 08:07 (UTC +04:00)

Rusiya Kiyevə güclü raket zərbələri endirdi

Rusiya Ukraynanın paytaxtı Kiyevə güclü raket zərbələri endirib.

Lent.az xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, raket zərbələri nəticəsində 4 nəfər xəsarət alıb, Şevçenkovski rayonunda yaşayış binasında mənzil yanıb.

Ukrayna KİV-ləri bildirir ki, Podolski rayonunda da raket qalıqları bir neçə müəssisənin ərazisinə düşüb.

Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə isə hava hücumu nəticəsində Svyatoşinski rayonunda, yaşayış binasının şüşələri qırılıb, Şevçenko rayonunda qəlpələr yaşayış binasına ziyan vurub.

# 2820
avatar

Oxşar yazılar