Sərxoş polis  iki qızı maşınla vurub öldürdü
23 aprel 2022 19:20 (UTC +04:00)

Sərxoş polis iki qızı maşınla vurub öldürdü

1

Rusiyanın Tomsk vilayətində ölümlə nəticələnən avtoqəza olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisəyə səbəb sürücünün sərxoşluğu olub.

Belə ki, vilayətin Şeqarski rayon Polis Şöbəsinin 24 yaşlı əməkdaşı qeyri-iş saatlarında sərxoş halda sükan arxasına keçib. İdarəetməni itirən polis sürücü 16 yaşlı 2 qızı vuraraq, öldürüb.

Hadisədən sonra o, xidmətdən uzaqlaşdırılıb. Tibbi ekspertiza polisin qanında spirt olduğunu sübut edib və o, həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 5188

Oxşar yazılar