Süni intellekt görmə məhdudiyyətli yenidən görməsinə  kömək edə bilər
14 noyabr 2026 07:48 (UTC +04:00)

Süni intellekt görmə məhdudiyyətli yenidən görməsinə kömək edə bilər

0

 

Alimlər süni intellekt vasitəsilə beyinə yerləşdirilən görmə implantlarının fəaliyyətini daha dəqiq idarə etməyə imkan verən yeni texnologiya hazırlayıblar.

Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” Kaliforniya Universitetinin Santa-Barbara kampusunda aparılan tədqiqatın nəticələrinə istinadən məlumat yayıb.

Tədqiqatçılar görmə qabiliyyətini itirmiş şəxsin beynindəki görmə mərkəzinə elektrik impulsları göndərən eksperimental implantın imkanlarını araşdırıblar. Süni intellekt sistemi beynin stimullaşdırmaya necə cavab verdiyini öyrənərək yaranan işıq hisslərinin formasını proqnozlaşdırıb.

Alimlərin sözlərinə görə, bu üsul implantın yaratdığı vizual təsvirlərin daha dəqiq idarə olunmasına kömək edə bilər. Gələcəkdə belə texnologiyalar görmə qabiliyyətini itirmiş insanlara ətraf mühit haqqında müəyyən vizual məlumatlar əldə etmək imkanı yarada bilər.

Lakin araşdırma ilkin mərhələdədir. Texnologiya hələ görmə qabiliyyətini tam bərpa edən təsdiqlənmiş müalicə üsulu hesab edilmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 98

Oxşar yazılar