Özünü  aktyorluqda   sınayacaq: Ronaldo  öz serialının   çəkilişlərinə başladığını elan etdi
13 noyabr 2026 17:30 (UTC +04:00)

Özünü aktyorluqda sınayacaq: Ronaldo öz serialının çəkilişlərinə başladığını elan etdi

0

Aktyor və icraçı prodüser olacaq

Dünya futbolunun əfsanəsi Kriştiano Ronaldo peşəkar üfüqlərini genişləndirmək istəyir, ona görə də özünü serial prodüseri və aktyor kimi sınamaq qərarına gəlib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, portuqaliyalı “Instagram” səhifəsində "Day 1s" serialının çəkilişlərinə başladığını elan edib. Serialda o, yalnız icraçı prodüser deyil, həm də aktyor heyətinin üzvü olacaq.

O, həmçinin Londonda çəkilişləri aparılan serialın çəkiliş meydançasından bir neçə foto paylaşıb.

Qeyd etmək lazımdır ki, serial Ronaldonun britaniyalı rejissor Mettyu Vonla birlikdə qurduğu UR•Marv Studios tərəfindən hazırlanır.

Serial dram janrında olacaq və futbol agentləri dünyasını araşdıracaq. Ronaldodan əlavə, serialda Tyerri Anri və “Brentford”un futbolçuları İqor Tyaqo və Mikael Kayodenin də rol alacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 148

Oxşar yazılar