Sürücülük vəsiqəsi üçün spirtli içki içdi,  imtahana buraxılmadı
17 mart 2024 07:21 (UTC +04:00)

Sürücülük vəsiqəsi üçün spirtli içki içdi, imtahana buraxılmadı

Polşanın Sileziya voyevodalığının Çestoxova şəhərində kişi sərxoş halda sürücülük imtahanı vermək istəyib.

Lent.az xəbər verir ki, bu barədə “RAR” agentliyi məlumat yayıb.

Məlumata görə, imtahanı qəbul edən qadın nəqliyyat vasitəsində əyləşən 31 yaşlı kişinin sərxoş olmasından şübhələnib.

Nəticədə kişi imtahana buraxılmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Polis əməkdaşları sürücünün bədənində spirt olub-olmadığını yoxlayıblar. Göstərici 2,5 promil spirt (təxminən bir şüşə araq - red.) olub.

Qeyd edək ki, bu, kişinin sürücülük imtahanından keçmək üçün yeddinci cəhdi olub. O, etiraf edib ki, əvvəlki imtahanları stress səbəbindən uğursuz olub, bu səbəbdən “cəsarətlənmək üçün” spirtli içki qəbul edib.
 

# 2361
avatar

Oxşar yazılar

Güclü tornado 3 nəfəri öldürdü

Güclü tornado 3 nəfəri öldürdü

29 aprel 2024 , 05:22
Daşqınlar 90 nəfəri ÖLDÜRDÜ

Daşqınlar 90 nəfəri ÖLDÜRDÜ

29 aprel 2024 , 03:21
Avtobusla yük maşını TOQQUŞDU , 7 nəfər öldü

Avtobusla yük maşını TOQQUŞDU, 7 nəfər öldü

29 aprel 2024 , 02:51
Gürcüstanda keçmiş dövlət naziri SAXLANILDI

Gürcüstanda keçmiş dövlət naziri SAXLANILDI

29 aprel 2024 , 01:28
Tbilisidə polislə etirazçılar arasında qarşıdurma: XÜSUSİ TƏYİNATLILAR  səfərbər edildi

Tbilisidə polislə etirazçılar arasında qarşıdurma: XÜSUSİ TƏYİNATLILAR səfərbər edildi

28 aprel 2024 , 23:47
Roma Papası gənclərə mobil telefonla bağlı çağırış etdi

Roma Papası gənclərə mobil telefonla bağlı çağırış etdi

28 aprel 2024 , 19:09
“Mercedes” qalmaqaldan qurtuldu

“Mercedes” qalmaqaldan qurtuldu

28 aprel 2024 , 17:10
Stallone memuar yazır

Stallone memuar yazır

28 aprel 2024 , 16:10