Malayziyanın Kluanq şəhərində gələn ay evlənməyi planlaşdıran nişanlı cütlük dini polis tərəfindən həbs edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, qız başqa şəhərdə yaşayırmış, Kluanqa isə bəyin qohumları ilə tanış olmaq üçün gəlib. O, gənclə birlikdə eyni oteldə qalıb.
Lakin gecə otelə dini polis basqın edib. Onlar qapını dərhal açmaq istəməyən qızın izahlarına inanmayıblar və otaqda masanın altında gizlənmiş bəy tapılıb.
Cütlük “halvat” adlı dini cinayətdə (əks cinsdən olan iki şəxsin qanunsuz şəkildə tənha qalmasında) ittiham olunur.