[b]ÇL matçları şənbə-bazar keçirilə bilər [/b]
08 may 2016 03:03 (UTC +04:00)

[b]ÇL matçları şənbə-bazar keçirilə bilər [/b]

0

UEFA Çempionlar Liqasının matçlarını 2021-ci ildən etibarən istirahət günlərində keçirə bilər.  APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu  ideya təşkilatın turnirə tamaşaçı marağını daha da artırmaq niyyəti ilə bağlıdır. Lakin televiziya yayımı ilə bağlı   bağlanmış müqavilələrə görə qeyd olunan dəyişikliyin yalnız 5 ildən sonra tətbiq ediləcəyi gözlənilir.  

 

“Biz bütün maraqlı tərəflərlə daim təmasdayıq və istənilən qərar onlarla razılaşdırıldıqdan sonra veriləcək. Hələlik klub turnirlərinin keçirilməsi formatında hər-hansı dəyişiklik barədə danışmaq çox tezdir”, - UEFA-nın mətbuat xidmətindən bildirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 405

Oxşar yazılar