“Varlı ata, kasıb ata”nın müəllifi 1,2 milyard dollarlıq borca  düşdü
05 sentyabr 2026 14:23 (UTC +04:00)

“Varlı ata, kasıb ata”nın müəllifi 1,2 milyard dollarlıq borca düşdü

0

Maliyyə savadlılığı mövzusunda dünyada ən məşhur kitablardan biri olan “Varlı ata, kasıb ata”nın müəllifi Robert Kiyosakinin milyardlarla dollarlıq borcu olduğu üzə çıxıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 79 yaşlı yazıçının və investorun borclarının ümumi məbləğinin 1,2 milyard dollara çatdığı bildirilir.

Kiyosaki isə böyük həcmdə borclanma strategiyasını müdafiə edir. Onun sözlərinə görə, kredit və borc vəsaitlərindən daşınmaz əmlaka investisiya etmək varlı insanların istifadə etdiyi maliyyə üsullarından biridir. Kiyosaki podkastlardan birində borcdan düzgün istifadə etməyin ayrıca bilik tələb etdiyini bildirib. O, bu maliyyə strategiyasını 1974-cü ildən öyrəndiyini vurğulayıb.

Robertin keçmiş həyat yoldaşı və biznes tərəfdaşı Kim Kiyosakinin sözlərinə görə, bu borcların böyük hissəsi Kiyosakinin tərəfdaşları ilə birlikdə sahib olduğu çoxmənzilli yaşayış binaları və digər daşınmaz əmlak layihələri ilə əlaqədardır. Buna görə də bütün məbləği Robert Kiyosakinin şəxsi borcu kimi təqdim etmək düzgün deyil. Məlumata görə, Kiyosaki daşınmaz əmlakının qiyməti artdıqca həmin aktivləri girov qoyaraq əlavə kreditlər götürür və əldə edilən vəsaiti yeni investisiyalara yönəldir.

“Vanity Fair”in hesablamalarına əsasən, Kiyosakinin şəxsən üzərinə düşən real borc məbləği təxminən 30-60 milyon dollar arasında ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar