ABŞ qırıcıları «Rus ayısı»-ndan sülhlə ayrılıb
17 fevral 2013 00:48 (UTC +04:00)

ABŞ qırıcıları «Rus ayısı»-ndan sülhlə ayrılıb

ABŞ qırıcıları Rusiyanın strateji bombardmançısı «Tu-95» tutmaq üçün havaya qalxıb.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu təhlükəli təmas zamanı prezident Barak Obama Konqresdə çıxış etdiyindən ona yetişmək mümkünü olmayıb.

Olay Amerikanın Sakit okeandakı  Quam adasında baş verib. ABŞ «Russan Bear» («Rus ayısı») adlandırdığı «Tu-95»-i tutmaq üçün amerikalılar bir neçə «F-15»-i havaya qalxıb.

Rusiya pilotları ABŞ-ın hava məkanını pozmadığından fəal əməliyyat keçirilməyib. Hər iki tərəf peşəkar davrandığından olayın qəlizləşməsindən qurtulmaq mümkün olub.

Rusiyanın Müdafiə Nazirliyi olayı şərh etməyib.

Mənbənin bildirdiyinə əsasən, amerikalılar «Tu-95»-də nüvə silahının quraşdırıldığını müəyyənləşdirə bilməyib.

ABŞ Quam bazasında nüvə silahı daşımağa qadir strateji «B-52» bombardmançılar yerləşdirib

Oxşar olay bir il öncə baş vermişdi. Onda Yaponiyanın qırıcıları Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri izləmişdi. 

# 2323
avatar

Oxşar yazılar