Kolumbiya inqilabçıları girov polisləri sərbəst buraxıb
16 fevral 2013 06:17 (UTC +04:00)

Kolumbiya inqilabçıları girov polisləri sərbəst buraxıb

Kolumbiyada ən böyük üsyançı təşkilat sayılan Kolumbiya Silahlı İnqilabçılar Cəbhəsi (FARK) iki polisi sərbəst buraxıb.

 

Lent..az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,üsyançılar  onları üç həftə girov saxlayıb.

 

FARK-çılar həmiin polisləri Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verib. Onların təhvili ölkə televiziyası ilə birbaşa yayımlanıb.Girovlar özlərini yaxşı hiss etdiklərini bildiriblər.

 

İnqilabçıların əlində bir hərbçi girov qalıb, onu da fevralın 16-da sərbəst buraxılacağı gözlənilir.

 

# 344
avatar

Oxşar yazılar