Meksikada yarım milyon toyuq məhv ediləcək
16 fevral 2013 07:43 (UTC +04:00)

Meksikada yarım milyon toyuq məhv ediləcək

Meksika hakimiyyəti ölkənin Quanaxuato H7N3 qrip virusu təhlükəsi ucbatından 486 minədək toyuğu məhv edəcək.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, «Bachoco» Quşçuluq  şirkətinin təmsilçisi bildirib ki, ölkənin 5 fermasında bu xəstəliyin baş verməsi mümkündür. Fevralın 15-də Meksikanın Kənd Təsərrüfatı Nazirliyi virusun varlığını təsdiqləyib.

 

Mənbənin məlumatına əsasən, hakimiyyət xəstəlik aşkarlanmış bütün qonşu fermalarda da quşları müayinə edəcək.

 

Ötən ilin iyulunda ölkənin Xalisko ştatında quş qripi ucbatından milyona yaxın toyuq məhv edilmişdi. Bu isə ölkədə quş əti və yumurtanın birdən bahalanması ilə nəticələnmişdi.

 

# 691
avatar

Oxşar yazılar