Misirin baş diplomatı Moskvaya gedir
17 fevral 2013 01:51 (UTC +04:00)

Misirin baş diplomatı Moskvaya gedir

Misirin xarici işlər naziri Məhəmməd Əmrin yaxın günlərdə Rusiyaya səfər edəcəyi gözlənilir.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə,o, fevralın 20-də Moskvada keçiriləcək Rusiya  - ərəb dövlətləri arasında əməkdaşlığın inkişafı ilə bağlı müşavirədə iştirak edəcək.

 

Mənbə bildirib ki, görüş zamanı iki dövlət arasında qarşılıqlı maraq kəsb edən məsələlər, ilk növbədə Suriyadakı vəziyyət müzakirə olunacaq.

 

Misirli nazirdən başqa Səudiyyə Ərəbistanı, Livan , Küveyt, İraq, Fələstinin rəsmi təmsilçiləri, habelə Ərəb Dövlətləri Liqasının baş katibi də Rusiyada keçiriləcək müşavirəyə qatılacaq. Tədbirdə Yaxın Şərqin kütləvi qırğın silahından, o cümlədən nüvədən azad bölgə olması, Suriyadakı vəziyyətin müzakirəsi nəzərdə tutulub.

 

 

# 442
avatar

Oxşar yazılar