Tunisdə islamçılar «texnokrat» hökumətə qarşı
17 fevral 2013 03:50 (UTC +04:00)

Tunisdə islamçılar «texnokrat» hökumətə qarşı

Tunisdə hakim islamçı partiyanın təmsilçilərinin təşəbbüsü ilə keçirilən yürüşdə minlərlə insan iştirak edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar baş nazir Həmad Cebelinin «texnokrat»lardan ibarət hökumət qurağına etirazlarını bildirib.

 

Qeyd edək ki, bu yaxınlarda hökumət başçısı əsasən islamçılardan ibarət nazirlər kabinetini buraxıb, siyasi partiya üzvü olmayan «texnokratlardan» yeni hökumət formalaşdıracağını bəyan etmişdi.

Bu təklifi baş nazir müxalifət lideri Şükrü Belaidin qətlindən sonra irəli sürüb.

 

Müxalifət onun qətlində islamçıları ittiham etsə də, qarşı tərəf bu ittihamı rədd edib.  

 

# 422
avatar

Oxşar yazılar