Türkiyə «Cilvəgöz»-də nəzarəti gücləndirib
17 fevral 2013 01:21 (UTC +04:00)

Türkiyə «Cilvəgöz»-də nəzarəti gücləndirib

Türkiyə Suriya ilə sərhəddə yerləşən “Cilvəgözü” Sərhəd-keçid məntəqəsində üç mərhələli yoxlama sistemi tətbiq etməyə başlayıb. 

 

Lent.az-ın “RİA-Novosti”-yə istinadən məlumatına  görə, bundan sonra Suriyadan Türkiyəyə gələn bütün nəqliyyat vasitələri və piyadalar sərhəddəki bufer zonada üç mərhələli yoxlamadan keçəcək. Yoxlama qaydalarına rentgen  aparatından keçmə, maşınların qeydiyyatı və yoxlanılması, şübhəli avtomobillərin təkrar yoxlanılması daxildir.

 

Sərhədi keçən şəxslər yalnız bu mərhələlərdən keçdikdən sonra pasport nəzarətinə buraxılır və sonda Türkiyə sərhədini keçə bilir.

 

Xatırladaq ki,  fevralın 11-də Türkiyə-Suriya sərhədindəki “Cilvəgözü” sərhəd-keçid məntəqəsində Suriya dövlət qeydiyyat nömrə nişanı ilə olan avtomobil partladılıb. Nəticədə 14 nəfər ölüb, 25 nəfər isə yaralanmışdı.   

 

Bir müddət öncə Cümhuriyyət Xalq Partiyasından olan deputat Rəfiq Əryılmaz “TRT Türk” kanalının efirindən Türkiyə-Suriya sərhədindəki “Cilvəgözü” sərhəd-keçid məntəqəsindən keçən avtomobillərə nəzarət lazımi səviyyədə aparılmadığını bildirmişdi. 

 

# 781
avatar

Oxşar yazılar