Artıq evinizi rəngləmək üçün BOYA ALMAYIN! - YENİ KƏŞF
01 aprel 2023 12:12 (UTC +04:00)

Artıq evinizi rəngləmək üçün BOYA ALMAYIN! - YENİ KƏŞF

İstiliyə davamlı və istiliyi geri qaytaran, hər rəngdə istehsal edilə bilən, əsrlərlə davamlı olan və enerjiyə qənaətli yeni boya hazırlayıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər yeni məhsulun bu günə qədər istehsal edilmiş ən yüngül boya olduğunu qeyd ediblər.

Boyanın ilham qaynağı isə kəpənəklərdir və piqmentlərdən hazırlanmayıb. Əvəzində rəng nanohissəciklərdən istifadə edilib və struktur baxımından yaradılıb. Alimlər buna "plazmonik boya" deyir.

Hesablamalara görə, bir "Boeing 747"ni rəngləmək üçün cəmi 1,4 kiloqram plazmonik boya kifayət edəcək.

Halbuki bu təyyarəni rəngləmək üçün normalda 454 kiloqram ənənəvi ticari boya istifadə etmək lazımdır. Yəni, evinizi rəngləmək istəsəniz bir neçə qram boya kifayət edəcək.

Boya yalnız laboratoriyada yaradılıb. Ticari məqsədlə istehsalı hələki nəzərdə tutulmur. Araşdırmaçılar asan texniki üsuldan istifadə edərək boyanı müxtəlif rənglərdə etməyin yollarını da tapıblar. Qalır bunu istehsala çevirmək.

Bu boyanı bazara təqdim etməyin ən böyük motivasiyalarından biri də eyni zamanda divarları daha sərin tutmağa da kömək edə bilməsidir.

Plazmonik boyanın quruluşu elədir ki, daha az istilik çəkə bilir. Araşdırmaçılar yeni boyanın altındakı səthlərin normal ticari boya ilə örtüldükləri vəziyyətə görə 13 - 16 santiqrat dərəcə daha soyuq qaldığını qeyd edirlər.

# 2055
avatar

Fidan İlqar

Oxşar yazılar

Bu ilin trend olan  10 mətbəx dizaynı

Bu ilin trend olan 10 mətbəx dizaynı

8 iyun 2023 , 16:27
Yağışlı havada pəncərələri  təmiz saxlamağın YOLU

Yağışlı havada pəncərələri təmiz saxlamağın YOLU

6 iyun 2023 , 17:16
Evdə siqaret qoxusu - Qurtulmağın yolları

Evdə siqaret qoxusu - Qurtulmağın yolları

30 may 2023 , 15:00
Mətbəx alətləri  nə vaxt dəyişilməlidir?

Mətbəx alətləri nə vaxt dəyişilməlidir?

27 may 2023 , 11:48
Yataq otağını necə daha rahat etmək olar?

Yataq otağını necə daha rahat etmək olar?

26 may 2023 , 13:41
Yaxşı bıçaqları necə seçək?

Yaxşı bıçaqları necə seçək?

18 may 2023 , 13:28
Evinizi daha dəbdəbəli göstərəcək sepha modelləri

Evinizi daha dəbdəbəli göstərəcək sepha modelləri

18 may 2023 , 11:42
Diş fırçalarını hamam otağında saxlamayın – Təhlükəlidir

Diş fırçalarını hamam otağında saxlamayın – Təhlükəlidir

15 may 2023 , 16:02