Evin bu hissələri  tualetdən DAHA ÇİRKLİDİR
07 yanvar 2024 13:53 (UTC +04:00)

Evin bu hissələri tualetdən DAHA ÇİRKLİDİR

İngiltərədə aparılan təcrübə evin ən çirkli yerini üzə çıxarıb.

Lent.az araşdırmalara əsasən bildirir ki,  evin bu hissəsində tualetdən daha çox bakteriya var.

Məlumata görə, 10 min bakteriyanın yaşadığı bu sahə məhz divanın arxasıdır. Daha sonra orta hesabla 6669 bakteriya aşkar edilən koridor xalçasının altındakı səthdir.

Alimlərin fikrincə, həmin hissələr çox az təmizləndiyi üçün ən çirkli yer hesab olunur.

Tədqiqatçıların fikrincə, indiyə qədər evin ən çirkli hissəsi hesab etdiyimiz tualet üçüncü yerdədir. Tualetdə 6000-dən bir qədər çox bakteriya aşkar edilib. 

Başqa bir araşdırmaya görə, evinizin ən təmiz hissəsi döşəmələrinizdir. 
 

# 4557
avatar

Sevinc Fərid

Oxşar yazılar