Paltardan  tər ləkələrini    necə təmizləmək olar?
27 sentyabr 2023 14:19 (UTC +04:00)

Paltardan tər ləkələrini necə təmizləmək olar?

Paltarların qol nayihələrindəki xoşagəlməz sarı ləkələri qısa müddətdə təmizləmək mümkündür. Bu tər ləkələrini çıxarmağın bəzi yolları var.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, tər ləkəsi olan paltarları isti suda yumaq tövsiyə edilmir. Bundan əlavə, mütəxəssislər xlor və ağardıcı məhsullardan istifadə etməyi məsləhət görmürlər. Ağardıcı və tərin kimyəvi komponentləri arasındakı qarşılıqlı əlaqə ləkələri ağırlaşdıra bilər.

Ləkələri çıxarmaq üçün pasta hazırlayın. Bir qabda yarım stəkan hidrogen peroksid, soda və suyu qarışdırın. Bu pastanı ləkəyə süngər və ya köhnə diş fırçası ilə çəkin. Pastanın yarım saat qurumasını gözləyini. Sonra ləkəni soyuq və ya ilıq su ilə yuyun.

Paltarda ləkələr qalırsa, üzərinə yuyucu toz əlavə edin və 5 dəqiqə saxlayın. Sonra ləkələri su ilə yaxşıca yuyun. 

# 21552
avatar

Arzu Qurbanlı

Oxşar yazılar