Bakıda tank əleyhinə mina tapıldı
08 avqust 2012 12:14 (UTC +04:00)

Bakıda tank əleyhinə mina tapıldı

0
Avqustun 7-də axşam saatlarında Bakı şəhərinin Binəqədi rayonunda hərbi sursata oxşar şübhəli əşyanın olması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, xilasetmə qüvvələri və mütəxəssislər zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, şübhəli əşyaya baxış keçirilib.

Müəyyən olunub ki, bu, “TM-62M” markalı tank əleyhinə təlim minasıdır. Aşkarlanmış sursat aidiyyəti üzrə təhvil verilib. Əraziyə baxış keçirilib və digər şübhəli əşya aşkar edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 580

Oxşar yazılar