Əmircanda yasdan qayıdan mollanın qanını tökdülər
10 avqust 2012 12:18 (UTC +04:00)

Əmircanda yasdan qayıdan mollanın qanını tökdülər

0
Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Cəfər Cabbarlı küçəsi ev 10 ünvanında yaşayan Babayev Əhəd Eyvaz oğlu naməlum şəraitdə çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı hadisədən sonra ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat otağına qaldırılan yaralının bədəninin müxtəlif nahiyələrində 4 bıçaq yarasının olduğu müəyyən edilib. Cərrahi müdaxilənə sonra Babayevin həyatını xilas etmək mümkün olub.

Hadisə ilə bağlı Suraxanı rayon Polis İdarəsi və 31-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırma başlanılıb. Bölmədən verilən məlumata görə, hələlik qanlı hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Əhəd Babayevi bıçaqlayan şəxsin müəyyən edilməsi istiqamətində isə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, zərərçəkən Əhəd Babayev Əmircan qəsəbəsində molla kimi fəaliyyət göstərir. Hadisədən əvvəl isə o, oğlu ilə birlikdə yas mərasimindən evə gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 694

Oxşar yazılar